Sionist rejiminin ordusu Qəzzənin şərqində yerləşən Karni keçidi yaxınlığında beynəlxalq yardımlar əldə etmək üçün toplaşan Fələstin vətəndaşlarını atəşə tutub.
Dir əl-Bələhdəki xəbər agentliklərindən birinin verdiyi məlumata əsasən, bu hücumda bir neçə mülki şəxs şəhid olub və bir qrup insan isə yaralanıb.
Bu vətəndaşlar təyyarələrin yerə buraxdıqları beynəlxalq yardımları almaq üçün toplaşmışdılar, amma sionist rejimi onları güllə-baran etdi.
Xəbər agentliyinin sözlərinə görə, vətəndaşlar yaralıları əş-Şifa xəstəxanasına apara bilməyiblər. Çünki, bu xəstəxana xidmət sırasından çıxıb. Dünən bu xəstəxanın dərc etdiyi hesabatda deyilib ki, bu xəstəxananın bəzi bölmələri müqavimət qüvvələrini həbs etmək bəhanəsi ilə sionist hərbiçiləri tərəfindən bilərəkdən yandırılıb.