Sionist hərbiçilərinin Cenin düşərgəsinə hücumunun ardınca, Fələstin müqavimət qüvvələri onlara qarşı silahlı mübarizə aparıblar.
Fələstin mənbələrinin verdiyi məlumata görə, sionist rejiminin bazar ertəsi günü Cenin şəhəri və düşərgəsinə hərbi təcavüzü zamanı 6 nəfər Fələstin vətəndaşı güllə yarası alıb.
Eyni zamanda Fələstin Səhiyyə Nazirliyi bildirib ki, işğalçı qüvvələrin Cenin şəhəri və düşərgəsinə hücumu zamanı yaralanmış 4 nəfər Cenin Dövlət Xəstaxanasına aparılıb.
Bundan əvvəl yerli mənbələr bildirmişdilər ki, işğalçı İsrail hərbiçilərinin Cenin düşərgəsinə hücumunda 5 nəfər fələstinli yaralanıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, işğalçı qüvvələr Cenin düşərgəsində 3 nəfər Fələstin vətəndaşını həbs ediblər və onlardan ikisi güllə yarası alıb.
Sionist rejiminin hərbi qüvvələri kəşfiyyat təyyarələrinin intensiv uçuşları zamanı hərbi budozerlə birlikdə Cenin şəhəri və düşərgəsinə hücum ediblər.
Verilən məlumata əsasən, sionistlərin Cenin düşərgəsinə hücumlarının ardınca, müqavimət qüvvələri onlarla silahlı qarşıdurmaya giriblər.
Yerli mənbələr, həmçinin Cenin düşərgəsində bir maşının kənarında İsrailə məxsus kamikadze dronunun partlaması barədə xəbər veriblər.
Sionist işğalçıları Cenin düşərgəsinə hücum və müqavimət qüvvələri ilə ilə toqquşmadan bir neçə saat sonra bu bölgədən geri çəkiliblər.
İsrail rejiminin təhlükəsizlik mənbələri bildiriblər ki, Cenin düşərgəsində həbs edilən şəxslər Əl-Əyaş batalyonunun üzvləridirlər və son günlərdə Cenindən İordan çayının qərb sahillərinin şimalına tərəf raket atılmasında onların əli olub.