Qüdsün şimalında yerləşən Ram şəhərciyindəki şəhid Feysəl Əl-Həsəni adına idman meydançasına “Mərkəz Bəlate” və “Cəbəlul Mukəbbir” komandaları arasında Yasir Ərəfat kubokunun final yarışlarının keçirildiyi zaman sionist hərbiçilərinin hücumunda bir sıra vətəndaşlar boğulublar.
Yerli mənbələr bildiriblər ki, sionist hərbiçiləri şəhid Feysəl Əl-Həsəni adına stadionun ətrafına hücum edərək, stadiona tərəf çox sayda göz yaşardıcı qazlar atıblar. Bu hücumda hər iki komandanın bir sıra oyunçuları və tamaşaçılar, o cümlədən bir neçə uşaq yaralanıblar.
Bu mənbələr bildiriblər ki, göz yaşardıcı qaz, soyunub-geyinmə otaqlarına da daxil olub və bu zaman orada olan oyunçulardan bəziləri boğulublar. Həmçinin, tamaşaçılar yerlərini tərl etməyə və yarış meydançasına daxil olmağa məcbur olublar.
Bu namərdcəsinə olan təcavüzə baxmayaraq, Fələstin Futbol Federasiyası və hakimlər oyunun yenidən başlamasına rəy veriblər. Bu hücum, oyunun ikinci hissəsinin 20 dəqiqə təxirlə başlamasına səbəb olub.