Sionist rejiminin hərbiçiləri Əl-Əqsa məscidinin yaxınlığında bir sıra fələstinli qadına kobud şəkildə hücum ediblər.
Mediya və sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, sionist rejiminin hərbiçiləri Əl-Əqsa məscidinin yaxınlığındakı Babus-Silsilə məntəqəsində bir sıra fələstinli qadına kobudcasına hücum ediblər.
Sionist hərbiçiləri, həmçinin işğal olunmuş Qüdsün Babus-Silsilə məntəqəsində kobudcasına hücum etdikdən sonra Qüdsün Hənnadi əl-Həlvani və Ayidə əs-Saydavi adlı iki fələstinli qadın vətəndaşını həbs ediblər.