Sionist rejimi mediyaları çərşənbə günü bildiriblər ki, işğalçı ordunun hərbiçiləri Beyti Ləhmin cənubunda gənc bir Fələstin vətəndaşına atəş açıblar və iddia ediblər ki, onun əzib-keçmə əməliyyatı yerinə yetirmək fikri olub.
Fələstinli mənbələr bildiriblər ki, işğalçı hərbiçilər Beyti Ləhmin cənubundakı “Xızr” dörd yol ayrıcının yaxınlığında fələstinli bir gəncə atəş açıblar.
Mətbuat mənbələri bildiriblər: Fələstinli tibb işçiləri işğalçı qüvvələr tərəfindən atəşə məruz qalan yaralı gənci müalicə üçün Beyti Ləhm vilayətindəki “Ərəb Cəmiyyəti” adlı xəstəxanaya aparmağa müvəffəq olublar.