Fələstin Səhiyyə Nazirliyi işğalçı rejimin hərbiçilərinin Əl-Xəlilin cənubundakı Dora qəsəbəsinə hücumu nəticəsində 1 fələstinlinin şəhid olduğunu və 10 nəfərin yaralandığı bildirib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, 22 yaşlı fələstinli gənc Məhəmməd Həsən İbrahim Əbu Səba Dora şəhərində sionist hərbiçiləri tərəfindən ürəyinə döyüş gülləsi dəyməsi nəticəsində şəhid olub.
Bu məlumata əsasən, bir neçəsinin vəziyyəti ağır olan 10 nəfər fələstinli yaralı Əl-Xəlildəki Dora xəstəxanasına aparılıb.