Bu gün çərşənbə günü səhər, sionist rejiminin Ceninin cənubundakı Qubatiyyə şəhərciyinə hücumunda və təcavüzkarlarla müdafiəçilər arasında silahlı toqquşmada, 2 fələstinli gənc şəhid olub və digər bir nəfər isə yaralanıb.
Fələstin xəstəxana resursları sionist hərbiçilərinin bu şəhərciyə hücumunda bu iki gəncin şəhid olmasını təsdiqləyib.
Bunun müqabilində şəhəri müdafiə edənlər sionist hərbiçilərinin maşınlarını yandırıblar və partlayış səsi Qubatiyyənin hər yerində eşidilib.
Fələstinlilərin sosial şəbəkələrdə paylaşdıqları fotolar və videolar göstərir ki, təcavüzkarların zirehli maşınları şəhərciyə daxil olublar və sionistlər səs gücləndiriciləri ilə bildiriblər ki, bu şəhərcikdə maşınların hərəkəti qadağandır.
Təcavüzkarlar bir neçə evi mühasirə edib, bəzi evlərdə mövcud olan əşyaları dağıdıblar, amma həbs olunma barəsində heç bir məlumat verilməyib.
Bununla əlaqədar olaraq sionist hərbiçiləri Yeriho vilayətində Əqəbeye Cəbr düşərgəsinə və Tubas, Tülkərm şəhərciklərinə də hücum ediblər.
Xatırlatmaq lazımdır ki, sionist qırıcıları dünən çərşənbə axşamı günü səhər, eyni zamanda Qəzzənin dörd nöqtəsinə hücum edərək Qəzzədə iki yaşayış binasını və Rəfəhdə bir evi hədəfə alıblar. Sionist rejimi də Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonunun üç komandirinə qarşı sui-qəsd törətdiyini bildirib.
Bu hücumda 13 nəfər şəhadətə çatıb ki, onlardan üçü Cihad Ğənam, Xəlil əl-Bəhtini və Tariq Muhəmməd İzzud-din adlı Qüds batalyonunun komandirlərindən olub.