Həftənin bazar ertəsi günü sionist rejiminin hərbiçilərinin Cenin şəhərinin bir neçə məhəlləsinə hücumları zamanı 8 fələstinli mülki şəxs güllə yarası alıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilib və digər 2 mülki şəxs də həbs edilib.
Xarici KİV-in verdiyi məlumata görə, çox sayda işğalçı ordu qüvvələri bir neçə tərəfdən Ceninə hücum ediblər və snayperçilər bir sıra binaların, xüsusən də Cenin Dövlət Xəstəxanasına yaxın binaların damlarına qalxıblar.
Bu mənbələr əlavə olaraq bildiriblər ki, şəhərin müxtəlif bölgələrində işğalçı hərbiçilərlə fələstinli gənclər arasında ağır toqquşma baş verib. Toqquşma zamanı fələstinlilərə tərəf atılmış döyüş güllələri nəticəsində 8 nəfər yaralıb ki, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Həmçinin, bildirilib ki, işğalçı qüvvələr yaralıların təcili yardım maşınları ilə aparılmasının qarşısını alıblar və işğalçıların maşınlarından birinin, bilərəkdən iki təcili yardım maşınına dəyməsi ilə yaralılara yardım göstərilməsinə mane olublar.
Hərbiçilər Cenin şəhərinə daha çox köməkçi qüvvələr göndərməklə və bir neçə evə, o cümlədən “Həsis”-in ailəsinin evinə hücum etməklə axtarış aparıblar. Onlar “Nures Ğəvadir” və “Həsən Təmim Hərdan” adlı iki nəfər gənc fələstinlini həbs ediblər.
Eyni zamanda yerli mənbələr bildiriblər ki, sionist hərbiçilərinin Ceninə hücumlarının ardınca, müqavimət qüvvələri atışma ilə onlara cavab veriblər.