İsrail hərbiçiləri Cenin şəhərinin qərbində yerləşən Ture məntəqəsinə hücum etdikdən sonra bu məntəqədə fələstinli döyüşçülərlə toqquşublar və nəticədə bir neçə Fələstin vətəndaşı yaralanıb.
Cenindəki toqquşma israilli hərbiçilərin ayırıcı divarın yaxınlığındakı Ture məntəqəsinə hücum edərək qaz bombaları atdıqdan və bir neçə fələstinlinin boğulmayla üzləşməsindən sonra baş verib.
İsrailli hərbiçilər, həmçinin bu məntəqəni qonşu kəndlərlə birləşdirən yolda nəzarət məntəqəsi yaradıblar və maşınlarda yoxlanış aparıblar.
Bəzi yerli mənbələr vurğulayıblar ki, bu məntəqə demək olar ki, hər gün israillilərin hücumlarına və sionistlərin təhrikedici hərəkətlərinə şahid olur.
İsrailli hərbiçilər cümə axşamı günü səhər, işğal olunmuş İordan çayının qərb sahillərində yerləşən Cenin vilayətindəki bir sıra kənd və qəsəbələrə hücum ediblər.