Sionist rejimi hərbiçilərinin bazar etrəsi günü gecə, İordan çayının qərb sahillərinin cənubunda yerləşən “Beyti Əmr” şəhərciyinə hücumunda, açılan atəş nəticəsində bir Fələstin vətəndaşı yaralanıb və digər onlarla insan boğulub.
Yerli mənbələrin sözlərinə görə, sionist hərbiçilərinin Əl-Xəlilin şimalındakı Beyti Əmr şəhərciyinə hücumu zamanı bir Fələstin vətəndaşı üzündən güllə yarası alıb.
Yerli mənbələr bildiriblər ki, yaralanmış şəxs xəstəxanaya aparılıb, amma digər onlarla insan göz yaşardıcı qazın buruna getməsi səbəbilə boğulma halı ilə üzləşiblər.
Şahidlərin sözlərinə əsasən, sionist hərbiçiləri maşınla şəhərə hücum edərək əhali ilə qarşıdurma yaradıblar.
Sionist hərbiçilərinin Fələstin qəsəbələrinə tez-tez edikləri hücumlar səbəbilə, bir neçə aydır ki, İordan çayının qərb sahillərinin müxtəlif bölgələrində narahatlıqlar və münaqişələr şiddətlənib.