Sionist rejiminin hərbiçiləri İordan çayının qərb sahillərindəki Bəlate düşərgəsinə hücum etdikdən və düşərgəyə dron hücumu həyata keçirdikdən sonra oranın strukturlarını buldozerlə dağıdıblar.
İsrailli işğalçılar şənbə günü (18 Noyabr) səhər saatlarına yaxın İordan çayının qərb sahillərində yerləşən Nablusun şərqindəki Bəlate düşərgəsinə hücum etdikdən və Fəth hərəkatının qərargahına dron hücumu edərək 5 nəfər fələstinlini şəhid etdikdən sonra, buldozerdən istifadə etməklə düşərgənin strukturlarınıdağıdıblar.
Sionist hərbiçilərinin hücumunun ardınca, Fələstin müqavimət qüvvələri onlarla ağır silahlı toqquşmaya daxil olub.