İbrani mənbələr İordan çayının qərb sahillərində yerləşən Nablusun şərqində sionist hərbiçilərinin atəşi ilə iki fələstinli gəncin şəhid olması xəbərini veriblər.
Verilən məlumata görə, israilli hərbiçilər Nablusun şərqindəki “Dirul Hətəb” kəndində yerləşən Əlvən Muriyə şəhərciyinin yaxınlığında pusqu qurmaqla fələstinli iki gəncə tərəf atəş açıblar və nəticədə hər iksi şəhadətə çatıb.
İşğalçı hərbiçilər bu iki şəhidin cənazisini saxlayıblar.
Nablus Qırmızı Aypara Cəmiyyətinin İmdad və Təcili Yardım Mərkəzinin rəhbəri “Əhməd Cəbrail”, deyib: İşğalçılar tərəfindən çiynindən güllə yarası alan fələstinli bir gənc Rafidiya Dövlət Xəstəxanasına aparılıb.
Bundan əvvəl yerli mənblər bildirmişdilər ki, işğalçı hərbiçilər Nablus şəhərinin bir neçə bölgəsinə hücum ediblər.
Bu hücum zamanı fələstinlilərlə işğalçı hərbiçilər arasında silahlı toqquşma baş verib.

