Cenin vilayətinin əməliyyat otağı sionist hərbiçilərin “Hareh əd-Dəmc”dəki bir yaşayış mənzilini ailələrin, xüsusən də qadın və uşaqların binada olduğu vaxt dağıtdığı barədə məlumat veriblər.
Xilasetmə qrupları ilkin xilasetmə avadanlıqları ilə binanın aşağı mərtəbələrindən bir qadın və üç uşağı xilas etməyə çalışıblar.
Mülki Müdafiə qüvvələrindən biri bildirib ki, ilkin əlamətlər bu şəxslərin dağıntılar altında sağ olduğunu göstərir.
Dağıntıların aradan qaldırılması əməliyyatları dünən günorta saatlarından etibarən başlayıb.