Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi hərbiçiləri çərşənbə günü işğal olunmuş Qüdsdə yerləşən Anata şəhərciyinə hücum etməklə şəhid Təmiminin ailəsinin evini dağıdıblar.
Bundan əvvəlki gecə sionist rejiminin hərbiçiləri bölgədə yalan məlumat yayaraq bildiriblər ki, evin dağıdılması təxirə salınıb.
Fələstinli mənbələr çərşənbə günü sionist rejimi qüvvələrindən 300 nəfərin Qüdsün şimal-şərqində yerləşən fələstinlilərin yaşadığı “Anata” şəhərciyinə, fələstinli bir şəhidin ailəsinin evini dağıtmaq üçün hücum etdiyini bildiriblər. Şəhid Udəy Ət-Təmimi, İordan çayının qərb sahillərindəki “Ərinul-Əsvəd” qrupunun döyüşçüsü olub.
Fələstinli şəhid ailələrinin evlərinin dağıdılması, Fələstin torpaqlarında sionist rejiminin işğalçılığı, cinayəti və təcavüzkarlığı ilə öz qanuni haqları əsasında mübarizə aparan Fələstin vətəndaşları qarşısında sionist rejiminin kinli və qisas xarakterli rəftarlarındandır.