Sionist hərbiçilərinin Nablusdakı Bəlate qaçqın düşərgəsinə hücumları 3 fələstinlinin şahadəti ilə nəticələnib.
Xarici KİV-nin verdiyi məlumata görə, Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi verdiyi bəyanatda bildirib ki, bu gün (bazar ertəsi) səhər saatlarında, İordan çayının qərb sahillərində yerləşən Bəlate qaçqın düşərgəsində 3 nəfər fələstinli sionist rejiminin ordusunun hərbiçiləri tərəfindən şəhid edilib.
Bu hesabata əsasən, sionist hərbiçilərinin hücumunun ardınca, fələstinli gənclər və müqavimət qüvvələri onlarla toqquşublar ki, bunun nəticəsində indiyə kimi 3 nəfər şəhid olub və bir çox insan yaralanıb.
İsrail ordusu hələ ki, bu hadisəyə reaksiya verməyib yaxud da onu təsdiqləməyib.
Fələstin dövlət xəbər agentliyi bu barədə bilidirb ki, sionist hərbiçiləri buldozerlə Nablus şəhərində Bəlate qaçqın düşərgəsinə hücum ediblər və təcili yardım maşınlarının bu düşərgəyə daxil olmasının qarşısını alıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti də bildirib ki, 32 yaşlı “Muhəmməd Bilal Muhəmməd Zeytun”, 24 yaşlı “Əbdullah Yusif Muhəmməd Əbu Həmdan” və 30 yaşlı “Fəthi Cihad Əbus-Salam Zirək” sionist hərbiçilərinin bu düşərgədə açdıqları atəş nəricəsində şəhadətə çatıblar.