Sionist hərbiçilərinin İordan çayının qərb sahillərindəki Bita qəsəbə sakinlərinə açdıqları atəş nəticəsində yaralananların sayı 5-dən 50-ə çatıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib: Nablusun cənubunda yerləşən Bita qəsəbəsindəki toqquşmalarda 50 nəfər yaralanıb. Bu yaralıların arasından 8-i döyüş gülləsinə tuş gəlib və onlardan biri baş nahiyəsindən hədəf alınıb.
Nablus Qırmızı Aypara Cəmiyyəti bundan əvvəl Bita qəsəbəsində sionist hərbiçiləri ilə toqquşmada döyüş güllələri ilə yaralananların sayının 8 nəfər olduğunu bildirmişdi.
Nablus Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, yaralılar Rafidiyyə xəstəxanasına aparılıblar.
Fələstin Qırmız Aypara Cəmiyyəti bu qarşıdurmalarda yaralananların ilkin sayını 5 nəfər elan etmiş və yaralılardan birinin baş nahiyəsindən güllə yarası aldığını bildirmişdi.