Məlumatlı mənbələr İordan çayının qərb sahillərində sionist hərbiçiləri ilə baş vermiş toqquşmada Həmasın fəal üzvlərindən birinin şəhid olması barədə məlumat veriblər.
Fələstin Səhiyyə Nazirliyi bəyanat yayaraq bildirib ki, Məhəmməd Cəbrail Rəmanə Ramullahda yerləşən Ət-Təvəm şəhərindəki Əl-Birada sionist hərbiçilərinin açdıqları atəş nəticəsində ağır yaralanaraq şəhid olub. Bu bəyanatda deyilib ki, bu toqquşmalarda digər bir fələstinli də yaralanıb, amma hadisənin təfərrüatına işarə olunmayıb.

Həmas hərəkatı da bəyanat yayaraq Rəmanənin şəhadətini təsdiqləməklə yanaşı, onu Bəsağut şəhərciyi yaxınlığında sionist hərbiçiləri ilə atışmada şəhadətə çatan “mücahid şəhid” kimi vəsf edib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi hərbiçiləri Əl-Birada şəhərində yerləşən Cəbəl ət-Təvil ərazisindəki Bəsağut şəhərciyinin girişində bir maşının yolunda pusqu qurub və maşındakı gənclərə atəş açdıqdan sonra onları özləri ilə aparıblar.