Sionist rejimin ordusunun hərbiçiləri Qəzzə zolağının şərqində nümayiş keçirən fələstinlilərə atəş açıblar və bir fələstinli gənci şəhid ediblər.
Sionist rejimin ordusunun hərbiçiləri ötən bir neçə gün ərzində növbəti dəfə çərşənbə axşamı Qəzzə zolağının şərqində fələstinli nümayişçilərə atəş açıb və bir fələstinli gənci şəhid ediblər. Bundan əlavə, sionist hərbiçilər onlara tərəf gözyaşardıcı qaz güllələri atıblar.
Yerli mənbələr bildiriblər ki, Qəzzə zolağı ilə işğal olunmuş torpaqlar arasında mövcud olan ayırıcı tikanlı məftillərin arxasındakı gözətçi qüllələrindəki sionist rejimin ordusunun hərbiçiləri Qəzzə zolağının şərqində yerləşən Mələkə məntəqəsində olan fələstinli nümayişçilərə atəş açaraq, gözyaşardıcı qaz güllələri atıblar.
Qəzzə zolağının şərqində yerləşən Əbu Səfiyyənin şərqi, şərqi Cəbaliya, Xan Yunisin şərqi və Rəfin şərqi kimi digər bölgələrdə də sionist hərbiçilərinin fələstinli nümayişçilərə atəş açmaları barədə məlumat verilib.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejimin ordusunun hərbiçiləri ilə Qəzzə zolağında yaşayan fələstinli gənclər arasındakı toqquşmada azı 4 fələstinli yaralanıb.
Sionist rejimi ordusunun radiosu da bildirib ki, 150 nəfərə yaxın fələstinli Qəzzə zolağı boyunca 3 bölgədə nümayiş keçiriblər. Sionist rejimin ordusunun hərbiçiləri nümayişləri dağıtma vasitələri və snayperçilərin atəşi ilə bu nümayişlərə reaksiya veriblər.