Sionist hərbiçilərinin açdığı atəş nəticəsində yaralanmış 17 yaşlı fələstinli bir yeniyetmə aldığı ağır yaralar nəticəsində şəhid olub.
Xəbər mənbələrinin verdiyi məlumata əsasən, bir neçə gün əvvəl işğalçı rejimin hərbiçilərinin Ramullahın şərqindəki Səlvad şəhərciyinə hücumları zamanı yaralanmış 17 yaşlı fələstinli yeniyetmə Rəmzi Hamid aldığı ağır yaralar nəticəsində şəhid olub.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, yerli mənbələr bildiriblər ki, qarın nahiyəsindən bir sionist hərbiçisinin gülləsinə hədəf seçilən və xəstəxanda yatan 17 yaşlı Səlvad şəhərciyi sakini olan bu yeniyetmə bazar ertəsi günü dünyasını dəyişib.