Fələstin Səhiyyə Nazirliyi Ramullahın şimalında fələstinli bir gəncin işğalçı rejimin hərbiçiləri tərəfindən şəhid edilməsi barədə məlumat verib.
Əbdül-Cavad Saleh adlı fələstinli gənc Ramullahın şimalındakı Ummu Səfa kəndində sionist rejimin hərbiçiləri tərəfindən birbaşa sinə nahiyəsindən atəşə məruz qalıb.
Fələstin Səhiyyə Nazirliyi bu gəncin şəhid olduğunu bildirib.
Ötən həftə də işğalçı sionist hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən Nablusun qədim məntəqəsi və onun ətrafına hücumu nəticəsində iki fələstinli şəhid olmuş, digər iki nəfər isə yaralanmışdı.