Fələstin Səhiyyə Nazirliyi bu gün səhər (çərşənbə axşamı günü) sionist hərbiçilərinin Cenində açdıqları atəş nəticəsində fələstinli bir yeniyetmənin şəhid olduğu haqda məlumat veriblər.
Bu hesabata əsasən, bu gün 17 yaşlı fələstinli yeniyetmə “Osman Atif Muhəmməd Əbu Xərc” şəhid olub. Bu fələstinli yeniyetmə sionist hərbiçilərinin Cenində açdıqları atəş nəticəsində başından yaralandıqdan sonra şəhid olub.
Sionist hərbiçiləri İordan çayının qərb sahillərinin şimalındakı Ceninin cənubunda yerləşən əz-Zəbabədə bölgəsinə hücumları zamanı bu yeniyetməyə tərəf atəş açmışdılar.
Bundan əvvəl yerli mənbələr baş və sinə nahiyəsindən ağır şəkildə yaralanmış fələstinli bir yeniyetmənin Cenində yerləşən ər-Razi xəstəxanasına aparıldığını bildirmişdilər.