Xəbər mənbələri Ən-Nəqbdə anti-nsani kütləvi cəzalandırma siyasəti istiqamətində sionist hərbiçiləri tərəfindən fələstinlilərə məxsus 5 evin dağıdılması barədə xəbər veriblər.
Xəbər mənbələri bildiriblər ki, işğalçı israilli hərbiçilər işğal olunmuş Ən-Nəqbdəki Ərərə qəsəbəsində yerləşən fələstinlilərə aid 5 evi dağıdıblar.
Xarici KİV-in 8 İyunda verdiyi hesabata əsasən, sionist hərbiçilərinin Ramullah şəhərinə hücumunda fələstinlilərlə onlar arasında baş verən toqquşmada onlarla insan yaralanıb. Sionist rejimi bu hücumda fələstinli döyüşçü və əsir “İslam Fərrux”-un ailəsinə aid mənzili hərbi cinayət sayılan kütləvi cəzalandırma siyasti çərçivəsində dağıdıb.
Bu mənbələrin sözlərinə görə, işğalçı hərbiçilər bu fələstinli əsirin ailəsinə aid yaşayış mənzilinə hücum edərək, mənzilin divarına partlayıcı maddələr qoymaqla onu partladıblar.