Sionist rejiminin hərbiçiləri İordan çayının qərb sahillərinə hücum etməklə son əsirlər mübadiləsi zamanı azad edilmiş fələstinli bir qızı növbəti dəfə həbs ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına əsasən, sionist hərbiçilər həftənin bazar ertəsi səhər İordan çayının qərb sahillərində yerləşən Ramullah şəhərinə hücum edib, HƏMAS və sionist rejimi arasındakı əsirlər mübadiləsi zamanı azad edilmiş fələstinli qız “Daniya Hanatşe”ni yenidən həbs ediblər.
Daniyanın anası vurğulayıb ki, İsrail hərbiçiləri vəhşicəsinə evimizə hücum edib, onu həbs etdilər və hətta onunla danışmağa da icazə vermədilər.
Sionistlər indiyə qədər razılaşma zamanı azad olunmuş bir sıra əsirləri yenidən əsir götürüblər.