Sionist rejiminin hərbiçiləri bugün (çərşənbə günü) səhər saatlarına yaxın İordaniyanın qərb sahillərindəki müxtəlif bölgələrə və Qüdsə hücum edib, fələstinli gənclərlə toqquşublar.
Xarici KİV-in verdiyi məlumata əsasən, işğalçı hərbiçilər bugün səhər saatlarına yaxın Qüdsün şimal-şərqində yerləşən “Anata” qəsəbəsinə hücum və oranın bəzi sakinlərni həbs ediblər.
Ramullahın qərbində yerləşən “Kəfərnimə”, Ramullahın şimal-şərqindəki “əl-Muğir”, Ceninin cənub-qərbindəki “Yəbud”, Nablusun cənubundakı “Əqrəba” qəsəbəsi və əl-Xəlilin şimalında yerləşən “Həlhul” şəhəri də sionist hərbiçilərinin hücumuna şahid olublar.
İşğalçı hərbiçilər Nablusun şərqindəki “Əskər” düşərgəsinə də hücum ediblər və Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Səraya əl-Qüdsə bağlı Nablus batalyonu ilə toqquşublar.
Bu münaqişədə fələstinli döyüşçülər sionist rejiminə aid hərbi maşınların hərəkət etdiyi yolda bir bomba partladıblar.