İşğalçı İsrail əsgərləri Deyr Qusanə kəndinə hücum edərək iki gənc fələstinlini hədəfə alıblar.
Cümə günü İsrail qüvvələri Fələstin xalqına qarşı birbaşa hücumlar və təcavüzün ardınca Ramallah şəhərinin şimal-qərbindəki Deyr Qusanə kəndində iki gəncə atəş açıb.
Fələstin Muxtar Respublikasının rəsmi xəbər agentliyi olan “Vafa”nın məlumatına görə, İsrail qüvvələrinin kəndə hücumundan sonra əhali ilə Tel-Əviv silahlıları arasında qarşıdurma baş verib, nəticədə iki gənc fələstinli yaralanaraq xəstəxanaya aparılıb.
Anadolu Xəbər Agentliyinin məlumatına görə, hücumun şahidi deyib: “Toqquşma sionist qüvvələrlə iki gənc fələstinli arasında, bir qrup Tel-Əviv əsgərinin Deyr Qusanə kəndinə hücumu zamanı yaşanıb. Beyti-Rəyma şəhər sakinlərindən bir neçə nəfər bu məntəqədən çıxmaq istəyərkən, sionist hərbçilər onları həbs etməyə çalışıb.”
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İsrail ordusu bu ilin əvvəlindən qərb zolağında 639 hücum və saxlanma hadisəsini qeydə alıb.