Qüdsdəki işğalçı rejimin qoşunları bu gün günorta saatlarında bir gənc fələstinlini güllələyib.
Gənc fələstinli Beyt-Ləhmin Beyt-Fucar qəsəbəsində sionist yaraqlılar tərəfindən güllələnib. Güllə onun başına dəyib və nəticədə gənc fələstinli şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi Əl-Ərub düşərgəsində yaşayan bu fələstinli şəhidin adının “Əmmar Şəfiq Əbu Əfifə” olduğunu açıqlayıb.
Ötən gecə iki gənc fələstinli Abdullah Əl-Husari və Şadi Nəcm İsrail qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi gecə basqında şəhid olub.
İordan çayının qərb sahilində Cənin şəhəri yaxınlığındakı Fələstin düşərgəsinə İsrail silahlıların hücumu nəticəsində 19 və 22 yaşlı iki gənc həlak olub.
İsrail polisinin iddiasına görə, insident rejimin gizli sərhəd polis qüvvələrinin Fələstin düşərgəsində “terror şübhəlisi”ni həbs etmək istəyərkən, onlara atəş açması zamanı baş verib.
Rejim rəsmiləri həmçinin, sionist qüvvələrin düşərgədən geri çəkildiyi bir vaxtda onlarla fələstinlinin daş, molotov kokteyli və qumbaraatanlarla onlara hücum etdiyini və onların cavab olaraq “atəş açmağa başladığını” iddia edib.