İsrailli həkimlər fələstinlilərin 30 gün bombalanması və qətliamından sonra qəribə addım ataraq işğalçı rejimin təhlükəsizlik orqanları və ordusundan Qəzzə xəstəxanalarının hədəfə alınmasını istəyiblər.
Xarici KİV-in verdiyi məlumata görə, onlarla israilli həkim dünən (5 Noyabr) ərizə imzalayıb, işğalçı rejimin təhlükəsizlik orqanları və ordusundan Qəzzə xəstəxanalarını bombalamalarını istəyib.
“Əsgərlər üçün həkimlər” başlıqlı ismarıc yazan həkimlər yazdıqları məktubda etiraf ediblər: Xəstəxanaları terorizmlə səhv salanlar bilməlidirlər ki, xəstəxanalar onlar üçün təhlükəsizlik məkanı deyil. Biz hər yerdə və hər bir yolla terorizmlə mübarizə aparmalıyıq.
İsrailin İnsan Haqları üzrə Həkimlər Birliyi bu mövzuya cavab olaraq bildirib: Hətta əgər HƏMAS-ın xəstəxanaların altında infrastrukturlarının olması informasiyaları doğru olmuş olsa belə, xəstəxanalardakı minlərlə günahsız xəstə və qaçqınların bombalanmasına haqq qazandırmaz.
Sionist həkimlərin qəribə istəkləri elan olunan son statistikalara əsasən, sionist rejiminin Qəzzəyə olan hücumları və bombardmanlarının 30-cü günündə 4800 uşaq da daxil olmaqla, 9770 fələstinlinin şəhid olduğu bir vaxta baş tutub. Şəhid olmuş tibb işçilərinin sayı da 150 nəfəri ötüb.