İşğalçı sionist qüvvələri çərşənbə günü (1 Fevral) səhər saatlarından Qüds və Cenin şəhərlərində hücum, həbs və yoxlanış əməliyyatlarına başlayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı rejimin əsgərləri Qüdsdə Fələstin vətəndaşlarından bir neçəsini, o cümlədən Muhəmməd, Mərvan Mustafa və Xalid Amir Uveysatı, İsaveyh şəhərindəki evlərinə hücum etdikdən sonra həbs ediblər.
Cenin şəhərində də həmçinin, işğalçı qüvvələr yenicə azadlığa çıxmış fələstinli Tariq Əbu Şaduf, fələstinli gənclərdən Əhməd Bəzuru şəhərin cənub-qərbindəki Bərqeyn şəhərciyinə və qohumlarının evlərinə hücum etdikdən sonra onları həbs ediblər.
İşğalçı rejimin əsgərləri fələstinlilərin evlərinə gündəlik hücumları və yoxlanışları artırıblar. Fələstin vətəndaşlarını axtarışda olma iddiası ilə evlərində həbs edərək təhlükəsizlik mərkəzlərinə köçürürlər.