Sionist rejimi əsgərləri Qüdsün şərqində fələstinli bir qadına atəş açaraq onu yaralayıblar.
Fələstin mediyalarının verdiyi məlumata görə, sionist rejimi əsgərləri dünən Qüdsün şərqindəki “Məaliyə Ədumim” qəsəbəsində fələstinli bir qadını şübhəli hesab etdikdən sonra atəş açaraq onu yaralayıblar.
Onlar fələstinli qadına atəş açmalarının səbəbini soyuq silahla onlara hücum etmə qorxusundan olduğunu bildiriblər.
Hələ bu qadının vəziyyəti barədə bir məlumat verilməyib.
Sionist hərbiçiləri çərşənbə günü İordan çayının qərb sahillərinin şimalındakı Nablusda ciyanət törətdikdən sonra fələstinlilərin intiqam əməliyyatlarından qorxuya düşüblər.
Sionist rejimi hərbiçiləri çərşənbə günü səhər bir neçə fələstinlini həbs etmə bəhanəsi ilə İordan çayının qərb sahillərindəki Nablus şəhərinə hücum edərək fələstinlilər ilə qarşıdurma yaradıblar. Nəticədə, 11 nəfər şəhid olub və 102 nəfər yaralanıb.