Dünən gecə sionist əsgərlərinin “Əl-Xəlil” şəhərinin şimalındakı Beyt Əmir şəhərciyinə hücumu zamanı açdıqları atəş nəticəsində bir fələstinli şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, dünən gecə sionist əsgərlərinin Əl-Xəlil şəhərinin şimalında yerləşən Beyt Əmir şəhərciyinə hücumu zamanı bir fələstinli yaralanmış və bugün səhər saatlarında aldığı ağır yaralar səbəbindən şəhadətə çatmışdır.
Dünən gecə həftənin birinci günü, Əl-Xəlil şəhərinin şimalındakı Beyt Əmir şəhərciyində fələtinlilər və işğalçılar arasında şiddətli toqquşma baş verib.
Fələstin Qırmızı Aypara cəmiyyəti bugün səhər saatlarında bildirib ki, bu münaqişədə 22 nəfər fələstinli yaralanıb və bəzilərinin vəziyyəti ağırdır.