Bazar ertəsi sionist əsgərlərinin İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinin qərbində güllələdiyi 2 fələstinli gəncin şəhid olma xəbəri yayılıb.
Xarici KİV-in verdiyi məlumata görə, “Əlyamun” şəhərciyi əhalisindən olan “Muhəmməd Samir Huşiye” və “Fuad Abid”, sionist əsgərlərinin Cenin şəhərinin qərbində yerləşən “Kəfərdan” şəhərciyinə hücumunun ardınca güllə yarası alıblar və xəstəxanaya köçürüldükdən sonra şəhid olublar.
Sionist əsgərləri təxminən 3 ay yarım əvvəl “Əl-Cəlməh” də yoxlama məntəqəsində sionist əsgərlərinə qarşı əməliyyat keçirən “Əhməd Əymən İbrahim Abid” və “Əbdur-Rəhman Hani Sobhi Abid” adlı şəhidlərin ailələrinin evini dağıtmaq üçün Cenin şəhərinin qərbində yerləşən “Kəfərdan” şəhərciyinə hücum ediblər.
Verilən məlumata əsasən, bu iki fələstinli şəhidin ailəsinin evini dağıtmaq üçün bu bölgəyə hücum edən sionist əsgərləri fələstinli gənclərin və Fələstin Müqavimət Qüvvələrinin müqaviməti ilə qarşlaşıblar.
Yerli mənbələr bildiriblər ki, bölgədə şiddətli atışma səsləri eşidilib və bəziləri yaralanıb.