Bu gün (bazar ertəsi günü) sübh saatlarında sionist əsgərlərinin Yeriho şəhərindəki düşərgəyə hücumu, bir neçə nəfərin səhid olması və yaralanmasına səbəb olub.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail ordusunun bəyanatına əsasən, bu rejimin hərbiçiləri bazar ertəsi günü sübh saatlarında Həmas üzvlərini həbs etmək məqsədi ilə Yeriho şəhəri yaxınlığındakı qaçqın düşərgəsinə hücumu zamanı onlardan bəzilərini şəhid ediblər.
Bu hücumun məqsədi, Yanvarın 28-də Vered Yeriho sionist köçkünləri şəhərciyində bir restorana hücum etməkdə şübhəli bilinənlər olub.
Fələstin Səhiyyə Nazirliyi, bildirib ki, bu hücumda birinin vəziyyəti ağır olmaqla 3 nəfər yaralanıb. Amma şəhid olanlar barədə təfərrüatı təqdim etməyib.