Qəzzə Dövlət İnformasiya Ofisi verdiyi bəyanatda bildirib ki, sionist rejiminin ordusu Şifa xəstəxanasına qarşı hücumların yeni dövrəsinə başladığı vaxtdan etibarən Qəzzədə 200 fələstinlini öldürüb.
Ofisdən verilən məlumata görə, Şifa xəstəxanasında 1000-ə yaxın fələstinli sionist işğalçıları tərəfindən həbs edilib.
Verilən bəyanatda düşmən olan sionist rejiminin tibb işçilərini və qaçqınları xəstəxanadan çıxmağa məcbur edərək onları sorğu-sual etməkdən ötrü Şifa xəstəxanasını bombalamağa davam etdiyi bildirilib.
Sionsitlərin hücumlarının yeni dövrəsində İsrail tankları xəstəxananı güllə-baran ediblər və bu da geniş həcmli yanğına səbəb olub.
Bəyanatda əlavə olaraq bildirilib ki, sionist rejimi xəstəxana ətrafındakı bəzi yaşayış binalarını mühasirə etməklə yanaşı, onları atəşə tutur ki, bu da bəzi fələstinlilərin öldürülməsi və yaralanması ilə nəticənir.