Məlumatlı mənbələr İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzzədəki mühasirəni yarmaq üçün əs-Səmud donanmasına hücum etdiyini bildirib və İsrail rejminin hərbçilərinin əs-Səmud donanmasına daxil olaraq Alma və Sirus gəmilərindən bir qrup sərnişini saxladıqlarını açıqlayıb.
Qəzzə Mühasirəsini Qırmaq üzrə Qlobal Komitə işğalçı qüvvələrin onlara hücum etdiyini və gəmilərə girərək kameraları sıradan çıxardıqlarını bildirib.
“Qlobal Müqavimət Donanması”nın sözçüsü bu donanmanın 13 gəmisinin indiyədək İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb.
O, bu humanitar konvoyun fəallarının İsrail rejiminin təqdim etdiyi heç bir sənəd və ya öhdəliyi imzalamayacağını və mühasirə tamamilə aradan qaldırılana qədər Qəzzəyə çatmaq üçün səylərin davam edəcəyini açıqlayıb.
Müqavimət Donanmasının sözçüsü deyib: İsrail qüvvələri beynəlxalq sularda donanmada iştirak edən bir sıra fəalları saxlayıblar, halbuki beynəlxalq hüquqa əsasən gəmilərimizin hərəkəti tamamilə qanunidir.
O, vurğulayıb: Biz İsrailin Qəzzəyə humanitar yardımın ötürülməsi ilə bağlı yalanlarına aldanmayacağıq. Çünki təcrübə sübut edib ki, bu rejim mühasirədə olan insanlara yardımın çatmasında əsas maneədir. Cəsədlərimiz Qəzzə sahillərinə çatmağa davam edəcək və bu, yalnız İsrailin bu bölgə xalqına qarşı amansız mühasirəsi tamamilə aradan qaldırılanda dayanacaq.


























