İvrit medialarından biri işğalçı rejimin ordusunun Rəfəhə olan hücumunun 2 ədəd 100 kq-lıq bomba ilə həyata keçirildiyini ifşa edib.
İsrail qəzetlərindən biri həftənin bazar ertəsi günü verdiyi hesabatda yazıb: İsrail ordusunun Rəfəhə hücumu 2 ədəd 100 kq-lıq bomba ilə həyata keçirilib.
Bu qəzet öz daxili araşdırmalarında İsrail rejimi ordusunun HƏMAS liderlərindən ikisinin olduğu məntəqəni bombalamaqdan çox orada mülki şəxslərin olmaması barəsində qənaətbəxş araşdırma aparılması ilə bağlı iddia etdiyi bəyanatı təkzib edib.
Qəzet yazıb: Ordunun səhv və zəif hesablamaları mürəkkəb və yalnış nəticə verdi. Bu da, onlarla fələstinlinin şəhid olması ilə nəticələndi.
Bu qəzet vurğulayıb ki, İsrail ordusunun bu hücumdan yaranacaq mümkün zərərlər barəsində doğru qiymətləndirməsi olmayıb və Rəfəhin bu məntəqəsinə hücum üçün planlaşdırma nöqsanlı və problemli olub.