Qəzzə Səhiyyə Nazirliyi dünən açıqlama verərək bildirib ki, sionist rejiminin ordu qüvvələri bir neçə saat ərzində Qəzzə zolağında bir neçə qəltiam törədib. Nəticədə isə 52 nəfər şəhid olub və 90 nəfər də yaralanıb. Sionist rejiminin Qəzzə zolağına qarşı təcavüzlərində şəhid olanların ümumi sayı da 34 min 735 nəfərə çatıb və yaralıların sayı isə 78 mini keçib.
Qəzzənin müdafiəsiz mülki əhalisi hələ də işğalçı rejimin bombardmanlarının hədəfindədir. Bazar günü günorta saatlarından etibarən sionist rejiminə aid qırıcıların Rəfəh şəhərindəki 11 evə hücumu nəticəsində 8 uşaq da daxil olmaqla, 22 fələstinli şəhid olub.
Bəzi mənbələrin sözlərinə görə, Rəfəhin şərqində yerləşən əl-Cəninə məntəqəsindəki Əbu Ləndə ailəsinə məxsus evin bombalanması zamanı 2-si uşaq olmaqla 4 nəfər şəhid olub. Əs-Salam məntəqəsindəki Qiştə ailəsinə aid evin bombalanması nəticəsində də 4-ü uşaq olmaqla 9 nəfər şəhid olub.
Rəfəhin şərqində yerləşən bir evin bombalanması zamanı da 4 nəfər Fələstin vətəndaşı, o cümlədən 1 körpə uşaq şəhid olub.
Rəfəh şəhərinin şimalında yerləşən əz-Zəhur məntəqəsində fələstinliyə aid bir evin bomabalanmasının ardınca da, bir neçə nəfər yaralanıb. Qəzzənin Mülki Müdafiə Təşkilatı bildirib ki, təşkilatın şəxsi heyəti hələ də 10-dan çox evin bombalanmasının nəticələri ilə məşğuldur, hansı ki, dağıntılar altında onlarla şəhid, yaralı və itkinin qalmasına səbəb olub.
Qeyd etmək lazımdır ki, UNRWA agentliyi tullantıların şəhər səviyyəsində yayılması nəticəsində Qəzzə zolağında yoluxucu xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib. Havanın istiləşməsi bu məsələni daha da artırır.
Bu agentliyin bildirdiyinə əsasən, tullantılar Qəzzəyə səpələnib. Bu da ağcaqanaq, milçək və siçanların artmasına və onun ardınca da, yoluxucu xəstəliklərə səbəb olub. Təmizlənmiş suyun olmaması bu vəziyyətin daha da pisləşməsinə səbəb olur.
Aİ-nın Böhranların İdarə Olunması üzrə komissarı Yaniz Linarcic də öz növbəsində “İsrail”in humanitar yardımların tez və təhlükəsiz olaraq Qəzzəyə çatdırılmasının təmin olunmasına riayət etməsinin zəruriliyini vurğulayıb.