Xəbər mənbələri Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinin bombalanması zamanı digər 7 fələstinlinin şəhid olması haqda məlumat veriblər.
Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinin bombalanması nəticəsində 7 nəfər həyatını itirib.
Sionist rejiminin ordusu Rəfəh şəhərində iki yaşayış mənzilini bombalayıb və bunun nəticəsində də üçü uşaq olmaqla, yeddi nəfər şəhid olub.
Verilən məlumata əsasən, Rəfəh şəhərinin qərbində yerləşən Tel əs-Sultan məntəqəsində bir ev hücuma məruz qalıb. Nəticədə isə 4 nəfər, o cümlədən 2 südəmər uşaq şəhid olub.