Sionist rejim Qurban bayramı tətilinin ikinci günündə, bu gün səhər saatlarından etibarən azı 50 fələstinlini şəhid edib, onlarla insanı yaralayıb.
Fələstin Səhiyyə Nazirliyi (Qəzza) bildirib ki, son 48 saat ərzində sionist rejimin hücumları nəticəsində 95 nəfər şəhid olub, 304 nəfər isə yaralanıb.
Beləliklə, 2023-cü il 7 oktyabrdan bu günə qədər ümumi şəhid sayı 54.772 nəfərə, yaralı sayı isə 125.834 nəfərə yüksəlib.