Cəbəlia əl-Bələd bölgəsində fotoreportyor Əbdürrahim Xadirin evi Qurban bayramının ilk günü hava hücumuna məruz qalıb. Hücum nəticəsində onun 48 ailə üzvü, əsasən uşaqlar həyatını itirib. Xadir hadisə zamanı işdə olub və evinin dağıdıldığını qonşulardan öyrənib. Geri döndükdə isə yalnız xarabalıqla qarşılaşıb. “Yalnız dördünü dəfn edə bildim,” — deyə bildirib.