Sionist hərbiçilərinin açdığı atəş nəticəsində yaralanmış Həmzə Əbu Səninə adlı 30 yaşlı fələstinli bir gənc dünən gecə şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, o, 2021-ci ilin May ayının 7-də namaz qılarkən sionist hərbiçilərinin Əl-Əqsa məscidinə hücumları zamanı atılan plastik güllə nəticəsində kəllə sümüyündən yaralanmış və sol gözünü itirmişdi.
Əbu səninə o zaman “Hədasa Eyn Karim” xəstəxənasına aprılmışdı. Amma sionist hərbiçiləri vəziyyətinin ağır olmasına baxmayaraq, onu xəstəxana çarpayısından həbs etmiş və bir müddət sonra buraxmışdılar.
Bu fələstinli gənc bundan sonra bu yaralanmanın nəticələrinin təsirində idi. Bir neçə ay əvvəl onun halı pisləşib və sonda dünən gecə dünyasını dəyişib.

Onun dəfn mərasimində çox sayda Fələstin xalqı iştirak edib və cənazəsini Qüdsdəki Əl-Əsbat qapısından Əl-Yusufiyyə qəbirsanlığına aparıblar.
Sionist hərbiçilər bu şəhidin dəfn mərasimi zamanı Əl-Əsbat qapısı məntəqəsi və Rəhmət qapısı qəbirsanlığına kimi olan yolda yerləşdirilib.