İsrail qüvvələri Qüdsün baş müftisini Qəzzədə aclıq və mühasirə ilə bağlı xütbə oxuduqdan sonra həbs edib və dindirilmək üçün təhlükəsizlik mərkəzinə təhvil verib.
Xarici KİV-in verdiyi məlumata görə, işğal olunmuş Qüdsdəki yerli mənbələr cümə günü axşam saatlarında bildiriblər ki, İsrail rejiminin hərbi qüvvələri Qüdsün baş müftisi və müqəddəs məkanın xətibi Şeyx Məhəmməd Hüseyni cümə günü günorta əl-Əqsa məscidində namaz xütbəsi bitdikdən sonra həbs edərək əl-Kəşlə polis bölməsinə təhvil verdiyini bildiriblər.
Fələstin İslam Vəqfləri Təşkilatının məlumatına görə, o, bir neçə saatdan sonra sərbəst buraxılıb; lakin bazar gününə qədər Məscidül-Əqsaya girişi qadağan edilib və əlavə sorğu-sual üçün çağırılıb.
Bu din xadiminin həbsi onun bu həftəki xütbəsində sionist rejimin Qəzzə xalqının mühasirəsi və aclıqdan ölməsi ilə bağlı siyasətlərini kəskin tənqid etdiyi bir vaxtda baş verib.
Şeyx Hüseyn xütbəsinin bir hissəsində deyib: “Müsəlmanlar, ey İsra və Me’rac torpağının sakinləri, bu dövrdə bəşəriyyət zülmə məruz qalıb. Bəzi insanlar dünyanın gözü qarşısında yeməkdən məhrum olub aclıqdan ölürlər.”
İsrailin sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, minlərlə fələstinli cümə günü Əl-Əqsa məscidində cümə namazına qatılıb. Yerli şahidlər İsrail qüvvələrinin Bab əl-Əmud və Bab əl-Əsbat kimi əsas girişlərə nəzarət etdiyini, ibadət edənlərin şəxsiyyətlərini yoxladığını və bir sıra fələstinli gəncin cümə namazına getməsinə mane olduğunu bildiriblər.