Fələstin Təhsil Nazirliyinin yeni statistikasına görə, Qəzzaya qarşı həyata keçirilən hücumlar bir millətin gələcəyini hədəfə alıb.
Fələstin Təhsil və Tərbiyə Nazirliyi bu gün, çərşənbə axşamı bildirib ki, hücumların başladığı tarixdən bəri 16,382 fələstinli şagird şəhid olub, daha 23,532 şagird isə yaralanıb. Bu şagirdlərdən 137-si işğal altındakı İordan çayının qərb sahilində şəhid olub.
Statistikaya əsasən, Qəzzada hər dörd şəhidin biri məktəbyaşlı uşaqdır. Bu isə sionist rejimin hücumlarının yalnız hazırkı deyil, gələcək nəsilləri də sistematik şəkildə hədəf aldığını göstərir.