Məhəmməd Yasin, Qəzzada Fələstin Media Assosiasiyasının direktoru bildirib ki, sionist rejimin işğalçıları fələstinli jurnalistləri sistemli şəkildə hədəfə almağa davam edir, həqiqətin səsini susdurmaq və fələstin xalqına qarşı cinayətlərini gizlətmək istəyirlər.
Məhəmməd Yasin Fələstin Şihab agentliyinə müsahibəsində bildirib ki, Qəzza zolağında faciənin mərkəzindən həqiqəti çatdırmaq üçün peşəkar fəaliyyətini yerinə yetirərkən şəhid olan fələstinli jurnalist İsmayıl Əbu Hatibin şəhadəti adi bir hadisə olmayıb, işğalçıların fələstinli media orqanlarına qarşı izlədiyi məqsədli siyasətin bir hissəsi olub.
O əlavə edib ki, sionist rejimin Qəzza zolağına hücumlara başlamasından bəri şəhid olan fələstinli jurnalistlərin sayı 228 nəfərə çatıb, beynəlxalq ictimaiyyətin utancverici səssizliyi və jurnalistlərin qorunması və media azadlığı ilə bağlı qurumların acizliyi isə davam etməkdədir.