Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində bölgədəki xəstəxanalara 47 şəhidin cənazəsi və 388 yaralı gətirilib.
Fasiləsiz hava və quru hücumları nəticəsində yaralananların çoxu qadın və uşaqlardır. Nazirlik bölgədəki tibb müəssisələrinin fövqəladə vəziyyətdə çalışdığını və resurs çatışmazlığının kritik həddə çatdığını vurğulayıb.