Qəzzanın Hökumət Media Ofisi son iki həftə ərzində sionist rejim və ABŞ tərəfindən yaradılmış Qəzza Humanitar Fondu (GHF) nəzarətindəki yardım bölgüsündə 130-dan çox fələstinlinin şəhid edildiyini, 1000 nəfərin isə yaralandığını açıqlayıb.
Ofis GHF-ni “işğalçı rejimin uzantısı” adlandıraraq sistemli aclıq və zorakılığın məsuliyyətini bu qurumun daşıdığını bildirib. Rəsmi bəyanatda BMT-yə çağırış edilib ki, yardım bölgüsünə yenidən nəzarəti öz üzərinə götürsün.
Bu arada, “Azadlıq Flotilyası Koalisiyası”nın təşkil etdiyi “Madleen” yardım gəmisinin təşkilatçıları bəyan ediblər ki, onların missiyası may ayının sonundan etibarən yardımların GHF-yə həvalə olunması ilə Qəzzanın yaşanmaz hala gətirilməsinə səbəb olan siyasi və hərbi siyasətləri ifşa etməkdir.