Qəzzə zolağının Səhiyyə Nazirliyi dünən bildirib ki, Oktyabrın 7-dən etibarən sionist rejiminin Qəzzə zolağına qarşı “təcavüzlərində” şəhid olanların sayı 19 453 nəfərə və yaralıların sayı isə 52 286 nəfərə yüksəlib.
Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə mətbuat konfransında deyib: Oktybarın 7-dən indiyədək sionist rejiminin təcavüzlərində ölənlərin sayı 19 453, yaralıların sayı 52 286 nəfərə çatıb.
Əl-Qədrə vurğulayıb: Ötən saatlar ərzində işğalçı İsrail qüvvələri Qəzzə zolağının bütün bölgələrində 16 qətliam və soyqrım cinayəti törədib. Nəticədə, (cənubdakı) Nasir Tibb Kompleksi bombalanıb və xəstəxanada yatan fələstinli uşaq Dünya Əbu Möhsin şəhid olub.
Qəzzə zolağındakı Səhiyyə Nazirliyi bazar ertəsi gününün əvvəllərində, teleqram vuraraq, ötən gecə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki Nasir Tibb Kompleksinin sionist rejimi tərəfindən hədəfə alındığı və nəticədə, bir qız uşağının şəhid olması haqda məlumat verib.
Əl-Qədrə bildirib: Ötən saatlar ərzində xəstəxanalara 151 şəhid və 313 yaralı gətirilib və onların çoxu (şimalda) Cəbaliyada işğalçı qüvvələrin qətliamının nəticəsidir. Həyatlarını itirən çoxlu sayda insan da dağıntılar altında və yollarda qalıb.
Bazar günü sionist rejimi tərəfindən Qəzzə vilayətinin şimalındakı Cəbaliyadakı bir yaşayış məntəqəsinə qarşı hava hücumunda onlarla fələstinli şəhid olub və yaralanıb.