Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi Qəzzəyə qarşı müharibə başlanan vaxtdan etibarən 500 nəfər tibb işçisinin şəhid olduğunu bildirib.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi ötən Oktyabr ayının 7-də Qəzzə müharibəsi başlayan vaxtdan indiyə qədər sionist rejiminin ordusunun hücumları nəticəsində 500 nəfər tibb işçisinin şəhid olduğunu açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyi, həmçinin Qəzzə zolağının bobmalanması zamanı 138 nəfər tibb bacısının şəhid olması haqda da malumat verib.
Qəzzə Səhiyyə Nazirliyi dünya ictimaiyyətini Qəzzə zolağındakı tibbi qrupları və tibb mərkəzlərini dəstəkləməyə çağırıb.
Sionist rejiminin ordusuna məxsus qırıcı təyyarələr Qəzzə zolağının mərkəzində yerləşən əl-Bəric düşərgəsindəki tibb mərkəzini də bombalayıblar.