Fələstinli mənbələr sionist rejimin Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumlarda 18 fələstinlinin şəhid olduğu haqda məlumat veriblər.
Tibbi mənbələr şənbə günü işğalçı sionist ordusunun Qəzzə zolağına olan hücumlarında 18 nəfərin şəhid olduğunu açıqlayıblar.
HƏMAS-ın hərbi qolu olan Qəssam batalyonları da bildirib ki, əl-Ənsar döyüşçüləri ilə birgə həyata keçirilən hərbi əməliyyatlarda bir işğalçı İsrail hərbiçisi snayperlə hədəfə alınıb.