Fələstin mənbələri dünən səhər saatlarında bildiriblər ki, sionist rejimi Qəzzə zolağının müxtəlif bölgələrinə, o cümlədən Beyti Lahiya, Xan Yunis və ən-Nəsirata hücum edib.
Qəzzə zolağındakı xəstəxana mənbələrindən biri açıqlamasında bildirib: “Çərşənbə gününün ilk saatlarındaQəzzə zolağının müxtəlif bölgələrinin bombalanması 9 nəfərin şəhid olması və 15 nəfərin isə yaralanması ilə nəticələnib.”
Bu hesabatda qeyd olunub: “Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki Həmd şəhərciyində olan qaçqın çadırlarının bombalanması nəticəsində bir neçə fələstinli yaralanıb.”
Bu məlumata əsasən, İsrail rejiminin Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki yaşayış binasına hücumu bir sıra insanın yaralanmasına səbəb olub
Həmçinin bildirilib ki, işğalçı sionist qüvvələri Qəzzə zolağının şimalında yerləşən Beyti Layihadakı Kamal Üdvan xəstəxanasının yaxınlığında olan evləri partladıblar.