Qəzzə Səhiyyə Nazirliyi dünən səhər (çərşənbə axşamı günü), Qəzzə zolağına edilən hücumların itki statistikasını açıqlayaraq 4-ü uşaq olmaqla 13 nəfərin şəhid olduğunu bildirib.
Fələstin informasiya bürosunun hesabatına görə, Miyar və qardaşı Əli “Generallar və komandirlər” adlı məktəblərində xoş anlar keçirmək və bir mərasimdə iştirak etmək üçün görüş təyin ediblər, amma onların səyahəti əbədi olub.

“Hacər əl-Bəhtini” də çərşənbə axşamı günü səhər Qəzzə zolağının bombalanması zamanı şəhid olub.
Bəzi fələstinli mənbələr bildiriblər ki, Qüds batalyonlarının komandiri Xəlil əl-Bəhtinin qızı 5 yaşlı Hacər əl-Bəhtini, sionist rejiminin Qəzzə zolağına olan hücumlarının ardınca şəhadətə çatıb.
Bəzi fəallar sosial şəbəkə səhifələrində, Qəzzə zolağındakı uşaq baxçasında öz həmyaşıdlarının kənarında sevincli görünən kiçik Hacərin şəkillərini paylaşıblar.

Amma Hacər Bəhtini bu gün məktəbdə olmayacaq. Çünki, çərşənbə axşamı günü səhər, 40 İsrail qırıcısının üzərlərinə bir neçə ton atəş tökən bir neçə uşaq arasında olub.
Qəzzə Səhiyyə Nazirliyinin bəyanatı bir qız uşağnın şəhadət xəbərini verib və bununla da şəhidlərin sayı 13-ə çatıb. Sionist rejiminin hücumları nəticəsində təxminən 20 nəfər vətəndaş da yaralanıb.
Bu bayanatda həyatlarını itirənlər arasında bir sıra qadın və uşağın olmasına işarə olunaraq bildirilib ki, “təcili yardım qrupları işğalçıların hədəfinə məruz qalan məntəqələrdən həyatlarını itirənləri daşımağa davam edirlər.”
Bu bəyanatda deyilib: Şəhid olanların çoxu uşaq və qadın olduğu kimi, yaralıların yarısı da onlardan ibarət olub.
Fransa xəbər agentilyinin bir fotoqrafı da əzadarların toplaşdığı Qəzzədəki Şəfa xəstəxanasının meyitxanasında bir oğlan cəsədini gördüyünü bildirib.
Bir Twitter hesabı, bir ailənin şəkilini paylaşaraq yazıb: “Bir ailə qeydiyyat şöbəsindən silinib… Şəkildə görünən bütün ailə üzvləri şəhid olublar.”
Fələstinlilər sosial şəbəkələrdə hava hücumları zamanı öz evində şəhid olan tanınmış diş həkiminin şəhadət xəbərini paylaşaraq, onu vəfalı bir dost və təvazökar bir kişi kimi vəsf ediblər.
Bəzi videolar da gecə səmanı işıqlandıran alovun tüstü və şölələrini göstərir. Yanğın söndürmə maşınları isə hücumlarda zərər görmüş binalara tərəf şütüyürlər. Xilasedicilərdən biri çox narahat görünən bir qızı sakitləşdirərək deyir: “Bütün ailən sağdır, narahat olma.”
Bir neçə ton partlayıcı maddənin partlamasına görə, qərara alınıb ki, “sionist rejiminin təcavüzləri nəzərə alaraq Qəzzə zolağındakı məktəblər, məktəblilərin təhlükəsizliklərinin qorunması üçün tətil olsun.”